“Moody`s” beynəlxalq reytinq agentliyi2018-ci ildə Azərbaycanda əməliyyat mühitinin yaxşılaşması və ölkədə iqtisadi artımın bərpası hesabına kreditlərə tələbatın artacağını gözləyir.
“Bütövlükdə deyə bilərəm ki, əməliyyat mühiti yaxşılaşıb, iqtisadiyyat artıma qayıdır. Müvafiq olaraq biz kreditlərə tələbatın artacağını gözləyirik. Pərakəndə seqmentdə artıq artım müşahidə olunur. Görünür, sonra kiçik və orta biznesdə eyni artım olacaq”, – “Moody`s”in maliyyə institutları üzrə analitiki Pyotr Paklin bu gün Bakıda agentliyin Azərbaycan üzrə illik sammitində bildirib.
Analitikin sözlərinə görə, “Moody`s” Azərbaycanda bankların fondlaşması strukturunda ciddi dəyişikliklərin baş verəcəyini gözləmir. “Bu gün fondlaşma strukturunun 70%-ni müştəri hesabları təşkil edir, onların 70%-dən çoxu xarici valyutadadır. Lakin son zamanlar depozitlərin manata konvertasiyası müşahidə olunur. Bu, müştərilərin kifayət dərəcədə sabit məzənnə kursu (manat-dollar) izləməsi və manatla olan depozitlərin, dollarla olan depozitlərdən daha cəlbedici olması ilə əlaqədardır. Düşünürük ki, fondlaşma strukturu dəyişməyəcək və yerli banklardan xarici valyuatada daha artıq həcmdə cəlb olunmalar gözləmirirk”, – P.Paklin əlavə edib.
Xəbər verildiyi kimi, 2015-ci ildə manatın devalvasiyasından sonra 2016-2017-ci illərdə ktreditləşmə həcminin azalması müşahidə olunub. Xüsusilə, 2016-2017-ci illərdə bankların və BOKT-ların kredit portfeli 2018-ci ilin əvvəlinə 21,1 mlrd. manatdan 11,3 mlrd. manatadək azalıb. 2018-ci ilin birinci rübündə bankların və BOKT-ların kredit qouluşları 0,8% azalıb. Eyni zamanda, birinci rübdə pərakəndə kreditləşmənin həcmi 0,6% artıb.