10 C
Baku
Friday, October 25, 2024

“Moody`s” 2019-cu ildə Azərbaycanın tədiyə balansınına dair proqnozu açıqladı

“Moody`s Investors Service” beynəlxalq reytinq agentliyi 2019-cu ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisitini ÜDM-nin 10,7%-i səviyyəsində proqnozlaşdırır.

«Biz 2019-cu ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisitini ÜDM-nin 10,7%-i səviyyəsində proqnozlaşdırırıq. Bu, MDB ölkələri arasında ən yaxşı göstəricidir», – deyə agentliyin icmalında bildirilir.

“Moody`s”in qiymətləndirmələrinə görə, bu il Azərbaycanın xarici borcu (dövlət və özəl sektorun borcları nəzərə alınmaqla – İF) ÜDM-nin 46,5%-ni təşkil edəcək ki, bu da da regionda ən aşağı göstəricilərdən biridir.

Azərbaycan xarici borcun proqnozlaşdırılan həcminə görə MDB ölkələri arasında ikinci yeri tutur. Birinci yerdə ÜDM-nin 28,3%-i səviyyəsində göstərici ilə Rusiya qərarlaşıb. Digər MDB ölkələrində borcun məbləği ÜDM-nin 50%-ni ötür.

Xəbər verildiyi kimi, 2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $5,1 mlrd. və ya ÜDM-nin 15%-ni təşkil edib. Hökumət 2019-cu il üçün tədiyə balansının cari əməliyyatlar hesabının profisitini $3,9 mlrd. və ya ÜDM-nin 8,1%-i səviyyəsində proqnozlaşdırır.

Son xəbərlər
Digər xəbərlər