“Moody’s”: “ABŞ iqtisadiyyatı bu il 2% kiçiləcəyini proqnozlaşdırır”

“Moody’s” beynəlxalq reytinq agentliyi bu il ABŞ iqtisadiyyatının koronavuris infeksiyasının təsiri ilə 2% kiçiləcəyini proqnozlaşdırır.

Bu barədə agentliyin açıqlamasında bildirilir.

“Moody’s” yaxın 10 il ABŞ-ın büdcə kəsiri və xarici borcu ilə bağlı proqnozlarını da açıqlayıb. Agentlik bəyan edib ki, 2030-cu ilə qədər ABŞ-ın büdcə kəsiri 4,6%-dən 7%-ə yüksələcək. Əvəzində kəsirin Ümumi Daxili Məhsula (ÜDM) nisbəti azalacaq. Məsələn, həmin nisbətin bu il 15%, gələn il isə 10,5% təşkil edəcəyi gözlənilir.

ABŞ-ın xarici borcunun ÜDM-nə nisbətinin isə bu il 93% olacağı, qarşıdakı 10 ildə isə 120%-ə yüksəltməsi proqnozlaşdırılır.

Qeyd edək ki, ABŞ hökuməti daha əvvəl koronavirusun (COVID-19) iqtisadi təsirlərini azaltmaq üçün 3 fərqli təşviq paketi qəbul etmişdi. Hökumətin 8,3 milyard ABŞ dolları dəyərində ilk təşviq paketi səhiyyə, peyvənd və tibbi testlərin dəstəklənməsinə, 105 milyard ABŞ dolları dəyərində olan ikinci təşviq paket isə pulsuz COVID-19 müayinə testi və işsizlik sığortasının maliyyələşdirilməsinə, 2,2 trilyon ABŞ dolları dəyərində ölkə tarixinin ən təşviq paketi ilə isə aşağı və orta gəlirli ailələrə birdəfəlik birbaşa ödəmələr, vergi endirimləri, sosial təminat proqramlarının genişləndirilməsi və virusdan zərər görən şirkətlərə kredit dəstəyinin verilməsinə hesablanmışdı.

©Report