20 C
Baku
Sunday, June 15, 2025

Moody’s ABŞ-nin beş ən böyük bankının reytinqini aşağı salıb

Beynəlxalq reytinq agentliyi “Moody’s Ratings” Amerikanın “Bank of America Corporation”, “JPMorgan Chase & Co” və “Wells Fargo & Company” kimi iri banklarının uzunmüddətli depozit reytinqlərini “Aa1”-dən “Aa2”-yə endirib. Agentlik həmçinin “Bank of New York Mellon” (BNY) və “State Street”in reytinqinə yenidən baxıb.

“Bank of America” və “Wells Fargo”nun depozit reytinqləri üzrə proqnozlar mənfidən sabitə qədər yaxşılaşdırılıb. “JPMorgan”ın reytinq proqnozu mənfidən müsbətə yüksəldilib ki, bu da bank qrupunun gücünü əks etdirir.

Agentlik qeyd edir ki, buna dövlət borcunun artması fonunda ABŞ-nin kredit reytinqinin endirilməsi səbəb olub. Xatırladaq ki, mayın 16-da Moody’s ABŞ-nin kredit reytinqini “Aaa”-dan “Aa1”-ə endirib. Bu, çox yüksək kredit qabiliyyəti və aşağı ödəmə riski deməkdir.

Moody’s analitikləri yazır: “ABŞ hökumətinin reytinqinin aşağı salınması onun yüksək reytinqli öhdəlikləri dəstəkləmək qabiliyyətinin daha az olduğunu göstərir”.

Bununla belə, agentlik ABŞ-nin ən böyük banklarının müəyyən reytinqlərini indiki səviyyədə saxlayıb. Bunlara “JPM” və “Wells Fargo”nun emitent reytinqləri, o cümlədən “Morgan Stanley”in bəzi törəmə müəssisələri üçün risklərin qiymətləndirilməsi daxildir.

Son xəbərlər
Digər xəbərlər