12 C
Baku
Saturday, November 23, 2024

“Moody’s”: ARDNF-in aktivləri Azərbaycanın birbaşa dövlət borcundan təxminən 5 dəfə çoxdur

Azərbaycan Dövlət Neft Fondunda (ARDNF) saxlanılan suveren sərvətlər əhəmiyyətli dərəcədədir və hökumətin birbaşa borcunu təxminən beş dəfə örtür.

Bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyinin Azərbaycanın suveren reytinqinin müsbət proqnozla “Ba1” səviyyəsində təsdiqlənməsi ilə bağlı hesabatında qeyd olunub.

Agentliyin analitiklərinin fikrincə, Azərbaycanın “Ba1” reytinqinin təsdiqlənməsi aşağı borc yükü və xalis aktiv mövqeyi ilə güclü hökumət balansı ilə dəstəklənir.

Hesabatda qeyd edilib ki, belə fiskal xəzinə ehtiyatlarının olması hökumətin likvidlik risklərini məhdudlaşdırır:

“Pandemiya zamanı belə fiskal buferlərdən səmərəli istifadə kontrsiklik xərcləri həyata keçirməyə imkan verib və hökumətin fiskal və borc fəaliyyətinin pisləşməsini məhdudlaşdırıb. Bundan başqa, bu aktivlər xarici valyutada ifadə edilir və əsasən sabit gəlirli qiymətli kağızlara yatırılır. Nəticədə bununla Mərkəzi Bankda saxlanılan valyuta ehtiyatlarına əlavə olaraq əlavə xarici buferlər təmin edilir”.

Mənbəreport
Son xəbərlər
Digər xəbərlər