Moody’s İnvestors Service beynəlxalq reytinq agentliyi ASC “Xalq” Bankının uzunmüddətli milli və xarici valyutada olan öhdəliklər reytinqini B3-dən B2-dək yüksəldib. Agentlik Bankın E+ sərbəst maliyyə dayanıqlığı (BFSR) və B3 Not Prime qısamüddətli milli və xarici valyutada olan öhdəliklərini yenidən təsdiqləyib. Qeyd olunan reytinqlər stabil proqnoza malıkdirlər
ASC “Xalq” Bankının perspektivlərini dəyərləndirən Moody’s təhlilçiləri bəyan ediblər ki, pozitiv proqnoz Bankın bazarda mövqelərinin möhkəmlənməsi, yüksək gəlirliliyi, aktivlərin keyfiyyəti, yüksək kapitallaşma səviyyəsi kimi amillərə əsaslanır və qarşıdakı 12-18 ay ərzində Bankın maliyyə resurslarının diversifikasiyası, aktivlərin yüksək keyfiyyəti, gəlirlik və kapitallaşma reytinqə daha da pozitiv təsir göstərə bilər.