28 C
Baku
Saturday, July 27, 2024

Moody’s: Azərbaycan bank sektoru MDB ölkələri arasında ən yüksək kapitallaşmaya malikdir

Azərbaycan bank sektoru MDB ölkələri arasında ən yüksək kapitallaşma səviyyəsinə malikdir.

“Moody’s Investors Service” beynəlxalq reytinq agentliyinin yeni hesabatında həmin nailiyyət başlıca olaraq ölkənin ən iri bankı olan Azərbaycan Beynəlxalq Bankına (İnternational Bank of Azerbaijan – İBA) dövlət tərəfindən göstərilən maliyyə yardımları ilə izah edilir.

Bundan əlavə, MDB ölkələrində iqtisadi artım sürətinin yenidən artması ilə bütün region boyu əməliyyat mühitinin də yaxşılaşdığı göstərilir.

“MDB ölkələrinin iqtisadiyyatları 2017-2018-ci illərdə bərpa olunmasından sonra yaxın iki il ərzində iqtisadi artım göstərəcəklərini gözləyirik. MDB ölkələrinin bank sektoruna dair proqnozumuz müsbətdir”, – agentliyin hesabatında qeyd olunub.

Report

Son xəbərlər
Digər xəbərlər