32 C
Baku
Thursday, August 11, 2022

Moody’s Azərbaycan bankının reytinqini təsdiqlədi

“Moody’s Investors Service” beynəlxalq reytinq agentliyi “Bank Techhnique” ASC-nin yerli və xarici valyutada bank depozitləri üzrə uzunmüddətli reytinqini “Caa1”, kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (BSA) “Caa2” səviyyəsində təsdiqləyərək, dəyişilməz olaraq saxlayıb. Agentlik eyni zamanda, ölkədə baş vermiş devalvasiya proseslərini nəzərə alaraq, bank üzrə reytinqi yaxın gələcəkdə yenidən nəzərdən keçiriləcəyini açıqlayıb.

Milli valyutanın kəskin ucuzlaşmasının ölkədə fəaliyyət göstərən bütün maliyyə təşkilatlarına mənfi təsir etdiyinə işarə edən mütəxəssislər, bankın kapitallaşmasına ağır yük kimi qiymətləndiriblər. Bununla belə, agentlik bankın yerli və xarici valyutada bank depozitləri üzrə qısamüddətli reytinqini qeyd şərtsiz təsdiq edib.

Moody`s devalvasiya zamanı bankın maliyyə itkilərini nəzərə alaraq, səhmdarlarının əlavə sərmayə cəlb edilməsini çıxış yolu kimi göstərir.

Qeyd edək ki, yaranmış itkilər bankın kapitallaşmasına bilavasitə təsiq edərək, yalnız səhmdarların sərmayələrinə mənfi təsir göstərir. Elə bu məqsədlə, hələ mart ayında, “Bank Technique”in rəhbərliyi 8 milyon manata qədər uzunmüddətli subordinasiya kreditinin cəlb edilməsi barədə qərar qəbul etmişdir.

Son xəbərlər
Oxşar xəbərlər