15 C
Baku
Saturday, April 20, 2024

“Moody’s”: Azərbaycan iqtisadiyyatı hələ 25-30 il enerji resurslarından asılı olacaq

Azərbaycanda aparılan iqtisadi islahatlar iqtisadiyyatın elastikliyini və valyuta bazarının sabitliyini dəstəkləmək üçün müsbət rol oynaya bilər. Bunu Bakıda keçirilən “Moody’s”in Azərbaycandakı illik konfransında təşkilatın eksperti Kristian Fanq deyib.

Onun sözlərinə görə, buna baxmayaraq ölkə iqtisadiyyatının enerji resurslarından asılılığı davam edəcək.

“Son illərdə Azərbaycanda iqtisadiyyatın elastikliyini və valyuta bazarının sabitliyini dəstəkləmək üçün mühüm rol oynaya biləcək müxtəlif iqtisadi islahatlar aparılıb. Hazırda Azərbaycan hələ də enerji resurslarından çox asılıdır. Bənzər bir vəziyyət növbəti 25-30 ildə davam edəcək”, – deyə K. Fanq əlavə edib.

K. Fanq onu da bildirib ki, Azərbaycanın dövlət büdcəsində müəyyən etdiyi neftin qiyməti hazırda neftin orta qiymətindən aşağıdır və bu da müsbət haldır.

ONA

Son xəbərlər
Digər xəbərlər