25 C
Baku
Saturday, July 27, 2024

“Moody’s” Azərbaycanda adambaşına düşəcək ÜDM-i açıqladı: $4 min

“Moody’s” beynəlxalq reytinq agentliyi 2017-2018-ci illərdə Azərbaycanda adambaşına düşəcək ÜDM-in həcmini açıqlayıb. Təşkilatın qiymətləndirməsinə görə, analoji dövrdə Azərbaycanda adambaşına düşəcək ÜDM-in həcmi 4 min dollardan çox təşkil edəcək.

Bunu “Moody’s Investors Service” bank qrupunun direktoru Yaroslav Sovqira bildirib.

Şirkətin qiymətləndirməsinə görə, analoji göstərici Rusiyada 10 min dolları ötəcək, Qazaxıstanda 8 min, Belarusda 6 min dollar təşkil edəcək. Ermənistanda bu göstərici təqribən 4 min dollara yaxınlaşacaq. Ukraynada ÜDM-in həcmi MDB ölkələri arasında ən aşağı düşəcək – adambaşı 2 min dollar.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər