26 C
Baku
Friday, April 19, 2024

“Moody’s”: Azərbaycanda problemli kreditlərin azalacağı gözlənilir

Bu ilin sonunda “Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycanda problemli kreditlərin payının ümumi portfeldə 10%-dək azalacağını gözləyir.

Bunu “Moody’s”in Azərbaycan üzrə illik konfransında təşkilatın Maliyyə bazarları üzrə analitiki Pyotr Paklin deyib.

“Azərbaycan Prezidentinin problemli kreditlərin həlli ilə bağlı sərəncamınadək biz problemli kreditlərin payının 2019-cu ilin sonuna 12%-dək azalacağını proqnozlaşdırırdıq. Hazırda biz bu rəqəmin aşağı səviyyədə olacağını düşünürük – təxminən 10%”, – deyə P. Paklin bildirib.

©Ona

Son xəbərlər
Digər xəbərlər