11 C
Baku
Friday, October 25, 2024

Moody`s Azərbaycanın suveren reytinqlərini endirib

Cümə günü “Moody`s Investors Service” beynəlxalq reytinq agentliyi Azərbaycanın uzunmüddətli emitent və prioritet təmin olunmamışborcu üzrə reytinqlərini “Ba1”-dən “Ba2”-dək endirib.

Agentliyin məlumatında deyilir ki, proqnoz – “stabil”dir.

Beləliklə, “Moody`s” cari ilin 19 may tarixində start verdiyi ölkənin reytinqlərinin təkrar baxılmasını başa çatdırıb.

Bundan başqa, “Cənub Qaz Dəhlizi” QSC-nin prioritet təmin olunmamışborcu üzrə reytinqi “Ba1”-dən “Ba2”-dək endirib. Bun səbəb layihənin Azərbaycan hökumətinin zəmanətinə malik olmasıdır. Reytinqin proqnozu həmçinin “stabil”ə dəyişilib.

“Reytinqlərin endirilməsi neftin qüvvədə olan aşağı qiyməti, neft hasilatı potensialının azalması və zəif bank sisteminin təsiri altında Azərbaycanda mühüm dərəcədə və uzunmüddətli maliyyə və iqtisadi vəziyətin zəifləməsini əks etdirir”, – agentliyin məlumatında deyilir.

“Moody`s”-in analitikləri ölkənin ümumi dövlət borcunun ötən ildə ÜDM-in 51%-dən 2017-ci ildə təxminən 52%-dək və gələn ilin sonuna ÜDM-in 55%-dən artıq səviyyəsində qədər artırılmasını gözləyir.

Onların proqnozlarına əsasən, 2016-cı ilin yekunları üzrə real ÜDM təxminən 4% azalandan sonra bu il təxminən 1,5%-dək azalacaq.

Son xəbərlər
Digər xəbərlər