16 C
Baku
Saturday, April 20, 2024

“Moody`s”: Azərbaycan bankları MDB üzrə ən zəif kredit profillərinə malikdirlər

Ukrayna və Azərbaycan bankları MDB ölkələrinin bank sektorları arasında ən zəif kredit profillərinə malikdirlər. Lakin aktivlərin risklərinin sayına görə Azərbaycan bankları ən aşağı göstəricilərə malikdir.

“Moody`s” beynəlxalq reytinq agentliyinin hesabatına görə, Azərbaycanın bank sistemi MDB-də ən yüksək kapitallaşma səviyyəsini nümayiş etdirir, bu da, əsasən, dövlətin ən iri bankı – “Azərbaycan Beynəlxalq Bankı”na köməyi ilə izah olunur.

2018-ci ilin sonuna olan vəziyyətə əsasən, Azərbaycanın bank sektorunun kapitallaşması sürətlənib. Bu kapital səviyyəsi isə risklərlə ölçülmüş aktivlərin təxminən 20 faizini təşkil edir. Bu, MDB-də ən yüksək göstəricidir.

Eləcə də bax:
Kredit portfelin aktivlərdə çəkisinə görə bankların – RENKİNQİ

Hesabata görə, bu göstərici 2019-cu ildə azala bilər. Xarici analitiklər Azərbaycan banklarının aktivlərinin keyfiyyətinin yaxşılaşdığını da vurğulayırlar. Belə ki, agentliyin 2018-ci ilin sonuna olan məlumatına görə, ümumi kredit portfelində problemli kreditlərin payı iki il öncə olan 31%-dən 15%-dək azalıb.

“Moody`s”in qiymətləndirmələrinə görə, MDB ölkələrinin iqtisadiyyatlarının artım templərinin bərpası fonunda bütün regionda əməliyyat mühiti yaxşılaşır:

“2017-2018-ci illərdə iqtisadiyyatların bərpası dövründən sonra yaxın iki il ərzində MDB ölkələrinin iqtisadi artım nümayiş etdirəcəyini gözləyirik. MDB ölkələrinin bank sektoru üzrə proqnozumuz müsbətdir”.

©Oxu.az

Son xəbərlər
Digər xəbərlər