Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrindən yeganə Azərbaycanda depozitlərin konsentrasiyası 2015-ci ildən bu yana artıb. Banker.az bildirir ki, bu haqda Moodys-in açıqlamasında deyilir. Agentlik bildiririb ki, bu proses ölkədə baş verən devalvasiya ilə bağlı olub
Depozit və kreditlərin konsentrasiyası isə öz növbəti bankların ödəniş qabiliyyətinin zəifləməsinə gətirib çıxarır. Əgər bu göstərici 2015-ci ildə 20 top depozit üzrə götürdükdə 48% təşkil edirdisə, 2017-ci ildə bu göstərici 60% yaxınlaşıb.
Bununla bərabər, MDB məkanındakı bankların çoxunun depozit müştərilərinin konsentrasiyası daha çox bir neçə iri hüquqi şəxslərinin depozitləri əsasında formalaşır ki buda riskli hesab edilir.
Lakin, buna baxmayaraq, agentlik bildirir ki bankların kapitalizasiyasında yaxşılaşmalar müşahidə olunur. Bu göstərici əsasən Azərbaycan, Rusiya,Qazaxıstan, Belarus, Ukrayna, Özbəkistanda dövlətin və ya bank səhmdalarının kapital yatırımlarından sonra baş verib.
Kredit portfellərinin konsentrasiyası bankların fəaliyyəti üçün ciddi risk hesab edilə bilər. İri kredit ödəyiciləri kreditləri ödəyə bilmədikdə, bu bankın ümumi fəaliyyətinə birbaşa təsir göstərir. Bu həmçinin bankda olan pul axınlarının həcmini azaldır.
20 iri kreditlərin portfelə olan nisbəti son illər azalmasına baxmayaraq, bu göstərici MDB üçün hələdə yüksək səviyyədə qalır (41%). Azərbaycanda bu göstərici 40% təşkil edir.