2 C
Baku
Friday, February 28, 2025

“Moody’s” Azərbaycanda 2.5% iqtisadi artım proqnozlaşdırır

Beynəlxalq reytinq agentliyi “Moody’s”un proqnozuna görə, 2025-ci ildə Azərbaycanda ümumi daxili məhsul istehsalı 2.5 faiz artacaq.

Banker.az reytinq agentliyinin hesablamalarına istinadən xəbər verir ki, Azərbaycanda iqtisadi artım tempi 2026-cı ildə də eyni səviyyədə qalacaq.

2024-cü ildə ölkə iqtisadiyyatı 4.1 faiz artıb, 2023-cü ildə isə artım 1.1 faiz təşkil edib. Bildirilir ki, car il iqtisadi artım ilk növbədə ötən il ÜDM-in təxminən 60 faiz-ni təşkil edən qeyri-neft-qaz sektoru hesabına təmin olunacaq.

“Dövlət investisiyaları, o cümlədən Qarabağın bərpası və infrastrukturun inkişafına sərmayə qoyuluşu iqtisadi artımı dəstəkləyən amil rolunu oynayacaq. Təbii qaz hasilatı və ixracının artması isə iqtisadiyyata əlavə təkan verəcək”, – hesabatda bildirilib.

“Moody’s” sülh sazişi ilə bağlı danışıqlar irəlilədikcə Azərbaycan və Ermənistan arasında geosiyasi gərginliyin azalacağını gözləyir.

“S&P” beynəlxalq reytinq agentliyinin proqnozlarına görə isə , 2025-2026-cı illərdə Azərbaycanda iqtisadi artım illik 2 faiz artacaq. “Fitch” 2025-ci ildə ÜDM artımını 3 faiz, 2026-cı ildə isə 2.4 faiz səviyyəsində proqnozlaşdırır. İqtisadiyyat Nazirliyi bu il ölkədə iqtisadi artımı 3.5 faiz, Azərbaycan Mərkəzi Bankı isə 3.3 faiz səviyyəsində proqnozlaşdırır.

Son xəbərlər
Digər xəbərlər