“Biz Azərbaycanın real ÜDM artımının 2023-cü ildəki 1.2%-dən 2024-cü ildə 2.1%-ə qədər sürətlənəcəyini gözləyirik”.
Bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyindən bildirilib. Qeyd edilib ki, yüksək neft qiymətləri kontekstində dövlət xərclərinin artması qeyri-neft iqtisadiyyatını gücləndirməyə davam edəcək. Bankın öz bizneslərinin böyük hissəsini qurduqları qeyri-neft sektorunun güclənməsi onların kredit portfelinin artmasına, aktivlərin keyfiyyətin və gəlirliliyinə müsbət təsir edəcək.
“Təbii qaz hasilatı və ixracının həcminin artması və Qarabağda ərazilərin yenidən qurulması üçün daha yüksək xərclər 2024-cü ildə iqtisadi artımı dəstəkləyəcək. Çox güman ki, Ermənistanla geosiyasi gərginlik azalacaq, çünki hər iki ölkə tam sülh müqaviləsi imzalamaq üçün çalışır” – “Moody’s” əlavə edib.