10 C
Baku
Thursday, December 12, 2024

Moody’s: Azərbaycanda Top-5-ə daxil olan və digər banklar arasında fərq arta bilər

Yaxın illərdə Azərbaycanda iri və digər banklar arasında fərq artacaq. “Moody’s”in maliyyə bazarları üzrə baş analitiki Pyotr Paklin belə hesab edir.

“Son 3-4 il ərzində Azərbaycanın bank sektorunda hadisələr nəticəsində 3 bank – “PAŞA Bank”, “Kapital Bank” və “Xalq Bank” bazarda paylarını bank sektorunun ümumi aktivlərindən 35%-dək artırıb. Artıq üçüncü ildir ki, sektor mənfəəti generasiya edir, lakin bu yuxarıda qeyd edilən banklar və Azərbaycan Beynəlxalq Bankı tərəfindən həyata keçirilir. Qalan banklar dörd il dalbadal zərəri ümumi olaraq generasiya edir”, – Paklin cümə axşamı “Moody’s”in Azərbaycan üzrə illik konfransında bildirib.

Onun rəyinə görə, qeyd olunan və digər banklar arasında fərq, çox güman ki, artacaq.

“Bu fərqin azalması üçün ciddi amillər görmürük. Lakin problemli kreditlərlə bağlı məsələnin həlli istehlak kreditləri üzrə ixtisaslaşan bir sıra banklara müsbət təsir göstərə bilər”, – Paklin qeyd edib.

Hazırda Azərbaycanda 30 bank fəaliyyət üçün lisenziyaya malikdir. 

Interfax Agentliyi

Son xəbərlər
Digər xəbərlər