Banker.az məlumat verir ki, “Moody`s” Azərbaycanın bank sisteminin reytinqini stabildən (Baa3) neqativə endirib.
Moody’s qeyd edir ki, banklar üçün zəif əməliyyat şəraitinin olması ilə yanaşı, Fevral ayında devalvasiyanın baş verməsi bu sektoru kifayət qədər zəiflədib.
Moody’s Azərbaycan neft sektorunun ÜDM məhsulda payını kifayət qədər neqativ hal kimi qiymətləndirib. 2015 ildə o ÜDM artımını 1% həcmində olacağını proqnozlaşdırır ( neftin qiyməti 55; götürülməklə).
2016-cı ildə isə bu artım təxminən 1.7%-ə çatacaq.
“Borclananların əksəriyyətinin valyuta gəlirləri kifayət qədər böyük deyil. Yüksək inflyasiya və istehlakçıların alıcılıq qabiliyyətinin azalması kreditləşmənin artım tempini zəiflədəcək. Pis gedişat, problemli kreditlərin kredit qoyuluşlarında xüsusi çəkisinin 15%-ədək artmasına öz töhfəsini verəcəkdir”.