10 C
Baku
Saturday, November 23, 2024

“Moody’s” Azərbaycanın uzunmüddətli reytinqini yüksəldib

“Moody’s Investors Service” beynəlxalq reytinq agentliyi Azərbaycan hökumətinin uzunmüddətli emitent reytinqini və prioritet təminatsız borcunu “Ba2” səviyyəsindən “Ba1”ə yüksəldib və proqnozu müsbətdən sabitə dəyişib.

Reytinqin yüksəldilməsi son illər siyasətin effektivliyinin yaxşılaşmasını əks etdirir və bu, büdcə idarəçiliyinin təkmilləşdirilməsi və gələcək şokları amortizasiya etmək qabiliyyətinin artması deməkdir.

“Pandemiyaya baxmayaraq, iqtisadi dirçəliş və yüksək karbohidrogen qiymətləri fonunda büdcənin ehtiyatlı idarə edilməsi sayəsində büdcə göstəriciləri yüksək olaraq qalır və gözlənildiyindən daha sürətlə yaxşılaşır”, – hesabatda deyilir.

“Moody’s” hesab edir ki, hökumətin antiinflyasiya tədbirləri və Azərbaycan Mərkəzi Bankının aktiv makroiqtisadi siyasəti Rusiya-Ukrayna böhranı ilə daha da kəskinləşən inflyasiya risklərinin qarşısını alacaq.

Eyni zamanda, “Moody’s” Azərbaycanın yerli və xarici valyutada reytinqini müvafiq olaraq “Baa3” səviyyəsindən “Baa2”yə və “Ba2”dən “Ba1” səviyyəsinə qaldırıb.

Son xəbərlər
Digər xəbərlər