3 C
Baku
Saturday, December 14, 2024

“Moody’s”: Azərbaycanın xarici dövlət borcunun səviyyəsi MDB ölkələri arasında ən aşağı göstəricidir

“Bu il Azərbaycanın cari əməliyyatlar hesabında profisit ÜDM-in 10,7%-nə bərabər olacaq”.

Banker.az Reporta istinadla xəbər verir ki, bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyinin “MDB ölkələrinin 2019-cu il üçün kredit qabiliyyəti proqnozu” adlı icmalında qeyd olunub. Bildirilib ki, bu, MDB ölkələri arasında ən yüksək göstəricidir.

Agentlik mütəxəssiləri hesab edir ki, Azərbaycanın xarici dövlət borcunun səviyyəsi MDB ölkələri arasında ən aşağı göstəricilərdəndir. Sənəddə qeyd olunub ki, Azərbaycan və Rusiya istisna olmaqla MDB ölkələrində xarici borcun səviyyəsi ÜDM-in 50%-dən yüksəkdir.

Sənəd müəllifləri bəyan ediblər ki, hökumətin xalis maliyyə aktivləri ilə bağlı yeni fiskal qaydaların tətbiqi üçün cəhdləri ölkənin xalis kreditor statusunu qoruyub saxlaya bilər.

Son xəbərlər
Digər xəbərlər