19 C
Baku
Sunday, May 19, 2024

Moody’s “Bank of Baku”-nun reytinqini yüksəltdi

Moody’s reytinq agentliyi “Bank of Baku” ASC-nin reytinqini B1 səviyyəsinə qədər qaldırdı

Moody’s beynəlxalq reytinq agentliyi “Bank of Baku”-nun ümumi reytinqini  B2 səviyyəsindən yüksəldərək uzun müddətli gözlənti reytinqi stabil olan B1 reytinqi kimi təsdiq etmişdir. Yeni reytinq “Bank of Baku” ASC –nin 2012-ci ilin audit olunmuş və 30 noyabr 2013-cü il tarixinədək audit olunmamış, Beynəlxalq Maliyyə Hesabatları Standartları əsasında hazırlanmış maliyyə hesabatlarına əsaslanaraq verilmişdir.

 Moody’s-in qənaətinə görə, reytinqin gücləndirilməsinə təsir edən əsas faktorlar “Bank of Baku” ASC-nin güclü maliyyə göstəriciləri və möhkəm avtonom kreditvermə imkanlarıdır. Digər güclü amillər kimi aktivlərin yüksək keyfiyyətli olması və mümkün ola biləcək itkilərin qarşılanması üçün kapital yetərliliyinin səviyyəsinin yüksək olması göstərilmişdir.

Bununla bağlı, “Bank of Baku” ASC-nin İdarə Heyyətinin Sədri Fərid Hüseynov bildirmişdir:

“Moody’s reytinq agentliyi 2012-ci ildə bankımızın uzun müddətli gözlənti reytinqini  stabildən pozitiv səviyyəyə dəyişmişdir. Bu il də Bankın səyləri nəticəsi olaraq reytinqimiz B1 səviyyəsinə qaldırılmışdır. Biz çox şadıq ki, bankın maliyyə stabilliyinin qorunması, aktivlərin keyfiyyətinin yüksək saxlanılması, risklərin dəqiq hesablanaraq azaldılması, müştəri məmnuniyyətinin artması üçün atdığımız atdımlar doğru olmuş və öz təsdiqini bu formada tapmışdır. Biz gələcək illərdə də reytinqimizi və hər kəsin bankımıza inamını yüksək saxlamaq üçün fəaliyyətimizi davam etdirəcəyik. Reytinqin artması münasibəti ilə Bankın səhmdarlarını, əməkdaşlarını və bütün müştərilərimizi ürəkdən təbrik edirəm!”

Moody’s reytinq agentliyinin rəsmi hesabatı ilə aşağıdakı linklə keçərək ətraflı tanış ola bilərsiniz:

https://www.moodys.com/research/Moodys-upgrades-Bank-of-Baku-to-B1-outlook-stable–PR_288674

Son xəbərlər
 ⁠
Digər xəbərlər

1 comment

Comments are closed.