Beynəlxalq reytinq agentliyi “Moody’s” “Bank of Baku” ASC-nin kredit ödəmə (BCA) reytinqini b2-dən b1-ə, uzunmüddətli bank depozit reytinqlərini isə B2-dən B1-ə yüksəldib.
Banker.az xəbər verir ki, bu barədə reytinq agentliyinin məlumatında qeyd edilir.
“Biz həmçinin uzunmüddətli depozit reytinqləri üzrə B1 proqnozunu “müsbət”dən “sabitə” dəyişdik”, – deyə açıqlamada bildirilir.
Əlavə edilir ki, “Bank of Baku”nun 2023-cü ilin əvvəlində ümumi kreditlərin problemli kredit nisbəti 3.5% olduğu halda, bu göstərici 2023-cü ilin sonuna 2.8%-i səviyyəsinə düşüb. Bu da problemli kredit nisbəti ilə son illərdə aktivlərin keyfiyyətinin və gəlirliliyinin yaxşılaşdırılmasını əks etdirir. Eyni zamanda, BCA-nın məhdudiyyətləri bankın biznes modelində əsas diqqəti iqtisadi dövrlərə həssas olan təminatsız istehlak kreditləri seqmentinə, eləcə də 2023-cü ilin sonunda ümumi aktivlərin 18%-ni təşkil edən likvidlik yastığına yönəldib.
“Bank of Baku”nun B1 uzunmüddətli depozit reytinqləri bankın kredit ödəmə reytinqi b1-ə əsaslanır və bankın nisbətən kiçik ölçüsü və sistem əhəmiyyətli bank olmaması əsaslandırılır. Bildiyimiz kimi, banklar sistem əhəmiyyətli olduğu təqdirdə hökumət tərəfindən onların defolt olma riski sıfıra endirilir.
“Bank of Baku”nun uzunmüddətli depozit reytinqləri üzrə proqnoz sabitdir və bu, bankın növbəti 12-18 ay ərzində möhkəm kredit göstəricilərini qoruyub saxlayacağına dair fikirlərimizi əks etdirir”, – deyə bildirilir.