9 C
Baku
Friday, December 13, 2024

Moody’s “Bank Technique”in reytinqlərini təsdiqləyib

“Moody’s Investors Service” beynəlxalq agentliyi tərəfindən “Bank Technique”in yerli və xarici valyutada bank depozitləri üzrə uzunmüddətli reytinqi “Caa1” səviyyəsində, kredit ödəmə qabiliyyətinin baza səviyyəsi “Caa2” səviyyəsində dəyişilmədən təsdiqlənmiş və Agentlik bu barədə öz saytında açıqlama vermişdir.

Lakin bir sıra informasiya resursları bankın reytinqinin aşağı salındığı barədə yanlış və qərəzli məlumatlar yaymışdır.

Bununla bağlı, bank bildirir ki, “Bank Technique” Azərbaycan bazarında dünyada tanınmış iki reytinq agentliyi “Fitch” və “Moody`s” tərəfindən qiymətləndirilən azsaylı maliyyə təşkilatlardandır. Bank özünün fəaliyyəti tarixində hər iki nüfuzlu təşkilatın bu gün ən yüksək reytinq səviyyəsinə malikdir, hər iki agentlik son hesabatlarında “Bank Technique”in reytinqini təsdiqləyib və dəyişməz olaraq saxlayıb.

Digər banklarda olduğu kimi, son devalvasiya prosesləri kapitallaşmaya təsir edərək, həmin agentliklərin təsdiqlənmiş reytinqlər üzrə proqnozları mənfi qiymətləndirilsə də, “Bank Technique”in bu istiqamətdə müvafiq dövlət qurumları ilə birgə qabaqlayıcı təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi, 8 milyon manata qədər uzunmüddətli subordinasiya kreditinin cəlb edilməsi barədə qərarın qəbulu, bu göstəricinin əvvəlki səviyyəyə qaytarılması ilə nəticələnəcək.

Son xəbərlər
Digər xəbərlər