24 C
Baku
Cümə axşamı, Sentyabr 23, 2021

“Moody’s” “Brent” neftinin qiyməti üzrə proqnozunu açıqlayıb

Screen Shot 2021 09 02 at 14.34.20

“Moody’s Investors Service” (“Moody’s”) “Brent” markalı neftin orta spot qiyməti üzrə gözləntilərini açıqlayıb.

Bu il “Moody’s” “Brent” neftinin bir barelinin orta spot qiymətinin 62 ABŞ dolları təşkil edəcəyin gözləyir. 2022-ci ilin proqnozuna əsasən isə 60 dollara qədər enəcək.Agentlik qeyd edir ki, bazarda neftin orta qiyməti artıq 65 dolları keçib və sonuncu dəfə “qara qızıl”ın bu səviyyədə olan qiyməti 2018-2019-cu illərdə müşahidə olunub. Bundan əlavə, neftə olan qlobal tələbatın artan vaksinasiya tədbirləri sayəsində yüksələcəyi gözlənilir.

 

Faktiki göstəricilərə gəldikdə, apreldə “Brent”in orta qiyməti 65 dollardan bir qədər çox olub ki, bu da ötən ilin aprel ayı ilə müqayisədə 3 dəfə çoxdur.

 

Xatırladaq ki, “Fitch Ratings” beynəlxalq agentliyi 2021-ci il üçün “Brent” markalı neftin qiyməti üzrə proqnozunu 45 dollardan 58 dollara qədər yüksəldib. 2022-ci il üçün isə proqnoz 50 dollardan 53 dollaradək artırılıb.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:Apa
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər