10 C
Baku
Friday, December 13, 2024

“Moody`s” Çindəki konsaltinq biznesini bağlayır

“Moody`s” reytinq agentliyi Çindəki konsaltinq və analitik bölməni bağlayır. Şirkət Pekin, Şanxay və Şenjendə işləyən 100-dən çox ofis işçisini ixtisar edəcək. Eyni zamanda, mənbələrə görə, kredit reytinqləri ilə məşğul olan bölmə Çində fəaliyyətini davam etdirəcək.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“Moody`s” konsaltinq bölməsinin bağlanmasını “dünya üzrə işçilərimizi mövcud və gözlənilən iqtisadi şəraitə uyğunlaşdırmaq zərurəti” ilə izah edib. Mənbələrdən birinə görə, digər məsələlərlə yanaşı, bölmənin bağlanması Çin bank sektorunun analitika və konsaltinq sahəsində ixtisaslaşmış yerli şirkətlərə getdikcə daha çox üstünlük verməsi ilə bağlıdır.

Son xəbərlər
Digər xəbərlər