“Moody’s” EBRD-nin işinə qiymət verdi

Avropa Yenidənqurma və İnkişaf Bankının (European Bank for Reconstruction and Development (EBRD)) kredit reytinqinin güclü olması bankın düşünülmüş kapital və likvidlik siyasətinin olduğunu, eyni zamanda çətin əməliyyat mühitinə baxmayaraq maliyyə fəaliyyətinin də dayanıqlı olduğunu göstərir.

Bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda qeyd olunub.

Məlumatda bildirilib ki, EBRD-nin kredit reytinqi üzrə proqnoz “stabil”dir. “Bankdakı güclü kapitallaşma, yüksək likvidlik və səhmdarların qətiyyətliliyi dəyişkən əməliyyat mühitinə baxmayaraq EBRD-nin kreditmövqeyini dəstəkləyəcək. EBRD bizim reytinq verdiyimiz çoxtərəfli inkişaf bankları arasında ən çox likviliyə malik olan banklardandır. 2017-ci ildə bankın xalis mənfəəti 772 milyon avro olub. 2016-cı ildə isə bu göstərici 992 milyon avro təşkil edib,” – deyə agentliyin analitikləri qeyd edib.

©Finans.az