25 C
Baku
Thursday, July 10, 2025

“Moody’s” Kapital Bank üzrə 12–18 aylıq proqnozunu açıqladı

Beynəlxalq reytinq agentliyi “Moody’s Ratings” bu gün “Kapital Bank” ASC-nin yerli və xarici valyutada uzunmüddətli depozit reytinqlərini “Ba2” səviyyəsində, Baza Kredit Qiymətləndirməsi (BCA) və Dəyişdirilmiş BCA göstəricilərini “ba3” səviyyəsində, eləcə də uzunmüddətli Qarşı Tərəf Riski Reytinqlərini (CRR) “Ba1” səviyyəsində və Qarşı Tərəf Riski Qiymətləndirməsini (CR Assessment) Ba1(cr) səviyyəsində təsdiqləyib.  Bankın uzunmüddətli depozit reytinqləri üzrə baxışı “müsbət” olaraq saxlanılıb.

Banker.az bunu agentliyə istinadən xəbər verir.

Reytinq agentliyi “Kapital Bank”ın “ba3” BCA göstəricisinin və “Ba2” uzunmüddətli depozit reytinqlərinin təsdiqlənməsi, bankın yaxşı aktiv keyfiyyəti və mənfəətliliyi, sabit maliyyələşmə bazası və likvidlik ehtiyatlarının kifayət qədər olması ilə izah edib.

2024-cü ilin sonuna “Kapital Bank”ın problemli kreditləri ümumi kredit portfelinin 2,5%-ni təşkil edib, bu göstərici 2023-cü ilin sonunda 2,0% idi. Həmin tarixə problemli kreditlərin ehtiyatlarla əhatə olunması 150% səviyyəsində olub. Agentlik deyir ki, “Kapital Bank”ın aktiv keyfiyyəti tarixən sektor üzrə orta göstəricidən yaxşı olub, çünki bank əsasən öz mövcud müştəri bazasına – əməkhaqqı alanlar, büdcə təşkilatlarının işçiləri və pensiyaçılar – kreditlər verir. “Moody’s” növbəti 12–18 ay ərzində də bankın aktiv keyfiyyətinin sabit qalacağını, buna isə ölkədəki əlverişli iqtisadi şəraitin töhfə verəcəyini proqnozlaşdırır.

2024-cü ildə “Kapital Bank” konsolidə olunmuş maliyyə hesabatlarına əsasən 239 milyon manat xalis mənfəət əldə edib, halbuki 2023-cü ildə bu göstərici 282 milyon manat idi. Bu isə aktivlər üzrə gəlirlilik göstəricisinin (ROA) 2% (2023-cü ildə 3,1%) olmasına səbəb olub. Mənfəətliliyin azalması əsasən maliyyələşmə xərclərinin və əməliyyat xərclərinin artması ilə bağlıdır. “Moody’s” növbəti 12–18 ayda bankın mənfəətliliyinin sabit qalacağını, buna xalis faiz marjasının sabitləşməsi və komissiya gəlirlərinin artması ilə güclənən qeyri-faiz gəlirlərinin dəstək verəcəyini gözləyir.

2024-cü ilin sonuna “Kapital Bank”ın maddi əsas kapitalının risklərlə çəkilmiş aktivlərə nisbəti 11% olub, halbuki 2023-cü ildə bu göstərici 13,5% idi. Bu azalma əsasən risklərlə çəkilmiş aktivlərin artması ilə bağlıdır. “Moody’s” bu göstəricinin növbəti 12–18 ayda yaxşılaşacağını, dividend ödənişlərinin tənzimlənməsi, aktiv artımının moderasiya olunması və daxili kapital generasiyasının güclü olması ilə dəstəklənəcəyini bildirir. Qeyd edilir ki, 2024-cü ildə “Kapital Bank”ın orta kapital üzrə gəlirlilik göstəricisi (RoA) 22% təşkil edib.

2024-cü ildə müştəri depozitləri 42% artıb və bu, bankın kapitalla əlaqəli olmayan maliyyələşməsinin 85%-ni təşkil edib. Kapital Bank yüksək likvidliyə malikdir, likvid vəsaitlər ümumi aktivlərin 37%-ni təşkil edir, bunlara əsasən nağd vəsaitlər, Azərbaycan Mərkəzi Bankındakı hesablar və dövlət qiymətli kağızları daxildir.

“Kapital Bank”ın “Ba2” səviyyəsindəki uzunmüddətli depozit reytinqləri onun “ba3” BCA göstəricisinə və Azərbaycan hökumətinin bankı dəstəkləmə ehtimalının yüksək qiymətləndirilməsinə əsaslanır. Bankın ölkənin üçüncü ən böyük bankı olması və həm kredit, həm də depozit bazarlarında əhəmiyyətli paya sahib olması, “Moody’s”in qiymətləndirməsinə görə dövlət dəstəyi ehtimalını artırır və bu da BCA göstəricisinə nisbətdə bir pillə reytinq artımı ilə nəticələnib.

“Kapital Bank”ın uzunmüddətli depozit reytinqləri üzrə “müsbət” baxış, “Moody’s”in Azərbaycan üzrə müsbət baxışını əks etdirir, bu isə gələcəkdə hökumətin banklara dəstək vermə qabiliyyətinin daha da güclənməsi ehtimalına əsaslanır.

Reytinqin artmasına və ya azalmasına səbəb ola biləcək amillər:

  • Azərbaycanın suveren reytinqinin yüksəldilməsi, növbəti 12–18 ay ərzində “Kapital Bank”ın depozit reytinqlərinin artmasına səbəb ola bilər. Bundan əlavə, bankın mənfəətliliyində, kapital adekvatlığında əhəmiyyətli yaxşılaşma və ya Azərbaycandakı əməliyyat mühitinin daha da güclənməsi, həm BCA göstəricisinin, həm də depozit reytinqlərinin yüksəldilməsini dəstəkləyə bilər.
  • Əksinə, əməliyyat mühitində ciddi pisləşmə, nəticədə aktiv keyfiyyətinin, mənfəətliliyin və ya kapital adekvatlığının zəifləməsi, reytinqlərin aşağı salınmasına səbəb ola bilər.
Son xəbərlər
Digər xəbərlər