12 C
Baku
Sunday, October 27, 2024

Moody’s maliyyə şirkətlərinin alt sektorlarından yalnız birinə 2021-ci il üçün müsbət proqnoz verdi

Moody’s maliyyə şirkətlərinin alt sektorlarından yalnız birinə 2021-ci il üçün müsbət proqnoz verib.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Bu, ABŞ-dakı qeyri-bank sektorunun ipoteka alt sektorudur. Ekspertlərin sözlərinə görə, əgər bu sahə növbəti ildə yenidən maliyyələşdirilərsə, səhmləri orta rentabelliyi 2,5%-dan çox olacaq.

Analitiklərin fikrincə, borc öhdəliklərinin artmasına baxmayaraq bu şirkətlərin müəyyən seqmentləri gəlirliliyi fonunda bir il ərzində bərpa ediləcəyi gözlənilr. Qeyd edək ki, ümumilikdə Moody’s bu şirkətlər üçün müsbət proqnoz verib: New Residential (NYSE: NRZ), Mr. Cooper’s (NASDAQ: COOP) Nationstar, Ocwen’s (NYSE: OCN) PHH, PennyMac Financial (NYSE: PFSI), PennyMac Mortgage (NYSE: PMT) и Rocket Companies. (NYSE: RKT), Quicken.

Təyyarə lizinqi şirkətləri, ABŞ-ın kredit kartları və qeyri-kommersiya əmlakının kreditorları, istehlak kreditorları (subprime), Çinin problemli aktivlərin idarə edilməsi və lizinq şirkətləri, Hindistanın maliyyə təşkilatları mənfi proqnoz alıb.

Sabit proqnoz ABŞ-ın avtomobil şirkətləri, biznesin inkişafı şirkətləri və Koreyanın maliyyə təşkilatları üçün verilib.

Hesabatda bildirildiyi kimi, 2021-ci ildə maliyyə şirkətləri üçün verilən proqnoz Covid-19 böhranının təsirini müəyyən edəcək: qeyri-bərabər paylanan bərpa, siyasi problemlər, borc səviyyəsinin yüksəlməsi, elektron ticarətin inkişaf etməsi, rəqəmsal ödənişlərin populyarlaşması, avtokreditorların və təyyarə kirayəçilərinin gəlirliliyi.

Son xəbərlər
Digər xəbərlər