12 C
Baku
Friday, March 29, 2024

“Moody’s”: “MDB-də iqtisadi artımın nisbətən yüksək artım templəri emitentlər üçün əlverişli şərait yaradır

“Moody’s” Beynəlxalq Reytinq Agentliyi 2019-cu ildə inkişaf edən bazarlarda, o cümlədən Mərkəzi və Şərqi Avropa, eləcə də Müstəqil Dövlətlər Birliyində kredit şərtləri proqnozu ilə bağlı hesabatını açıqlayıb.

Banker.az Reporta istinadla bildirir ki, “Moody’s” analitikləri hesab edir ki, 2019-cu ildə bu regionlarda kredit şərtləri bütövlükdə sabit olacaq: “2019-cu ildə inkişaf etməkdə olan ölkələrdə kredit şərtləri qlobal iqtisadiyyatdakı zəif artım, maliyyə bazarlarında dəyişkənlik, artan faiz dərəcələri, ticarətin qorunması və geosiyasi gərginliklər səbəbindən daha az əlverişli olacaq”.

Buna baxmayaraq reytinq agentliyi MDB, Mərkəzi və Şərqi Avropa üçün kredit şərtləri ilə bağlı sabit bir proqnoz verir. Proqnozda emitentləri xarici şoklardan qoruyan dövlət dəstəyi, daxili bazarlarda artan resurslara çıxış kimi müxtəlif amillər nəzərə alınıb.

” MDB, Mərkəzi və Şərqi Avropa ölkələrindəki iqtisadi artımın nisbətən yüksək artım templəri bu bölgələrdə emitentlər üçün əlverişli şərait yaradır. Lakin dünya bazarında likvidliyin azalması, qlobal ticarət münaqişələri və geosiyasi problemlər, o cümlədən Rusiyaya qarşı mümkün sanksiyalar risklər yaradır”, – deyə “Moody’s”in direktoru Etsi Şet vurğulayıb.

Agentlikdə hesab edirlər ki, 2019-cu ildə Mərkəzi və Şərqi Avropa ölkələrində artım tempi yavaşlayacaq: “Bununla belə, artım yaxşı səviyyədə- 3,7% olacaq. Agentlikdə hesab edirlər ki, 2019-cu ildə Mərkəzi və Şərqi Avropa ölkələrində artım tempi yavaşlayacaq: “Bununla belə, artım yaxşı səviyyədə – 3,7% olacaq. Rusiya iqtisadiyyatında artım tempi bütövlükdə sabit olacaq və 2018-ci ildə 1,8%, 2019-cu ildə isə 1,6% təşkil edəcək. Rusiya ilə ticarət və maliyyə əlaqələri MDB ölkələrində bu il və 2019-cu ildə artımın 3,5% səviyyəsində olacağını şərtləndirir”.

Son xəbərlər
Digər xəbərlər