9 C
Baku
Thursday, December 12, 2024

Moody’s: Orta Dəhlizin yüksələn nüfuzu Azərbaycanın Avrasiya nəqliyyat qovşağına çevrilmə ambisiyasını artırır

Azərbaycanın reytinqi üzrə müsbət proqnoz yaxşı iqtisadi perspektivlər və daha güclü kredit göstəriciləri ilə bağlıdır.

Banker.az xəbər verir ki, bu barədə “Moody’s”ın Dövlət Neft Şirkəti (SOCAR) ilə bağlı verdiyi yenilənmiş reytinqdə qeyd edilib.

Qeyd edilir ki, Orta Dəhlizin artan əhəmiyyəti Azərbaycanın Avrasiya nəqliyyat qovşağına çevrilmək ambisiyasını dəstəkləyir.

Avropa İttifaqının Azərbaycan qazına artan tələbatı və daha çox bərpa olunan enerji layihələri onun iqtisadiyyatını azalan karbohidrogen (neft əsasən) ehtiyatlarından uzaqlaşdırmağa kömək edir.

“Bundan əlavə, Azərbaycanın ardıcıl makroiqtisadi sabitliyi və fiskal intizam onun institusional etibarını artırır və son iqtisadi şoklara qarşı dayanıqlılıq nümayiş etdirir”- deyə, Moody’s bildirib.

Xatırladaq ki, “Moody’s” Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) reytinqi üzrə proqnozu “sabit”dən “müsbət”ə dəyişdirərək, korporativ reytinqini “Ba1”, defolt mümkünlüyü reytinqini (PDR) “Ba1-PD” və əsas kredit qiymətləndirməsini (BCA) “ba2” səviyyəsində təsdiqləyib.

Son xəbərlər
Digər xəbərlər