15 C
Baku
Friday, April 26, 2024

Moody’s: Palata 2020-ci ilədək Azərbaycanda bank tənzimlənməsi üzrə yeni qaydaları qəbul edəcək

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) 2020-ci ilə qədər bank tənzimlənməsi üzrə yeni qaydaları qəbul etməyi planlaşdırır. Bu barədə Moody’s Investors Service beynəlxalq reytinq agentliyinin məlumatında deyilir.

“Moody’s” gözləyir ki, maliyyə sektorunun cari islahatları prudensial siyasət, bank nəzarəti və məkumat mübadiləsinin keyfiyyətini artıracaq, bu da banklara kredit risklərini daha yaxşı qiymətləndirməyə və idarə etməyə imkan yaradacaq. Xüsusilə, MBNP qanunvericilikdə əks olunacaq yeni bank qaydalarını tətbiq edir. “Moody’s” bu qaydaların 2020-ci ilədək parlament və prezident tərəfindən təsdiq olunacağını gözləyir”, – məlumatda qeyd edilir.

Agentliyin qiymətləndirmələrinə əsasən, kapitalın adekvatlığı və valyuta riskləri barəsində daha sərt normativ tətləblər bankların kapitallaşmasının artmasına gətirəcək və 2014-2017-ci illərlə müqayisədə valyuta risklərini məhdudlaşdıracaq.

“Xüsusilə, məcmu kapitalın risk aktivlərinə nisbəti 2016-cı ilin sonuna olan vəziyyətə görə 12%-dən 2018-ci ilin sonuna orta hesabla 20%-dək artıb. Kapitalin daha yüksək səviyyələri 2018-ci ilin dördüncü rübündə iqtisadiyyatın real sektorunun kreditləşməsinin artımını bərpa etməyə imkan verib. Bu artım, əsasən, manatın kəskin qiymətdən düşməsinə qarşı daha az zəif olan yerli valyutada kreditlərlə şərtlənir”, – məlumatda vurğulanır.

2018-ci ilin sonuna xidmət olunmayan kreditlərin səviyyəsinin yüksək qalması və kreditlərin ümumi həcminin 12%-ə yaxın təşkil etməsinə baxmayaraq, həmçinin “Moody’s” aktivlərin keyfiyyətinin yaxşılaşacağını gözləyir, bu da davam edən iqtisadi artım və bu yaxınlarda elan olunan kiçik pərakəndə borc alanların borc yükünün azalmasına yönəlib. Bu tədbirlər 2015-ci ildə milli valyutanın devalvasiyası ilə əlaqədar kiçik borc alanların xrclərini ödəyəcək və bankları vaxtı keçmiş kreditləri restrukturizasiya etməyə vadar edəcək.

“Buna baxmayaraq, bank sektoru zəif olaraq qalır, çünki maliyyə sisteminə etimad zəif olaraq qalmaqdadır, dollarlaşmanın səviyyəsi isə yüksəkdir. Hökumət əmanətlərin tam həcmdə sığortasını daha bir il müddətinə – 2020-ci ilin mart ayınadək uzadıb. Həmçinin dollarlaşmanın səviyyəsi regionda ən yüksək göstəricilərdən biridir: 2019-cu il fevralın sonuna xarici valyutada depozitlər xarici valyutada kreditlərlə müqayisədə depozitlərin ümumi həcminin 65%-ni təşkil edir. Xarici valyutada kreditlər kreditlərin ümumi həcminin 37%-ni təşkil edir. Bu, bank balanslarının yerli valyutada qiymətdən düşməsinə daimi zəifliyini nəzərdə tutur”, – məlumatda deyilir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər