9 C
Baku
Friday, December 13, 2024

“Moody’s” qlobal iqtisadi artım proqnozunu açıqlayıb

“Moody’s Investors Service” Beynəlxalq reytinq agentliyi qlobal iqtisadi artım proqnozunu azaldıb.

Beynəlxalq reytinq agentliyindən daxil olan məlumata görə, böyük iyirmilik (G-20) ölkələrinin iqtisadiyyatları üçün artım proqnozları may proqnozu ilə müqayisədə azaldılıb. Belə ki, “Moody’s” bu ölkələr üzrə real ÜDM-in 2022-ci il üzrə artımı proqnozunu 3,1%-dən 2,5%-ə, 2023-cü il üçün proqnozu isə 2,9%-dən 2,1%-ə endirib.

“Moody’s” böyük iyirmiliyin qabaqcıl iqtisadiyyatları üzrə 2022-ci ildə 2,1%, 2023-cü ildə 1,1% artım proqnozlaşdırır. G-20-nin inkişaf etməkdə olan bazar ölkələri üçün 2022-ci ildə artım proqnozu 3,3% və 2023-cü ildə 3,8% müəyyən edilib.

“Moody’s”in analitikləri hesab edir ki, proqnozun pisləşməsi hazırda tətbiq edilən daha sərt qlobal maliyyə şərtləri və Rusiyanın Ukraynaya təcavüzü nəticəsində enerji və xammal qiymətlərindəki şoklarla bağlıdır.

 

 

MənbəApa
Son xəbərlər
Digər xəbərlər