12 C
Baku
Saturday, November 23, 2024

“Moody’s” Rusiya şirkətlərinin reytinqini ləğv edir

“Moody’s” beynəlxalq reytinq agentliyi Rusiya şirkətlərinin reytinqlərini ləğv etmək niyyətindədir.

Bu barədə məlumat agentliyin saytında yerləşdirilib.

“Moody’s Investors Service” (MIS) Rusiya şirkətlərinə dair öz kredit reytinqlərini geri götürmək niyyətindədir”, – məlumatda qeyd olunur.

Martın 5-də  “Moody’s” Rusiyada kommersiya fəaliyyətini dondurduğunu elan edib.

“Moody’s” – emitentlərin kreditqabiliyyətliliyi və buraxdıqları qiymətli kağızların kredit keyfiyyəti barədə müstəqil rəy və reytinq verən beynəlxalq reytinq agentliyidir.

Son xəbərlər
Digər xəbərlər