4 C
Baku
Monday, December 5, 2022

“Moody’s” Rusiyanın reytinqini altı pillə aşağı salıb

Beynəlxalq reytinq agentliyi “Moody’s” Rusiyanın reytinqini altı pillə – “Baa3” səviyyəsindən “B3” səviyyəsinə endirib.

Banker.az rus mətbuatına istinadən xəbər verir ki, “Bu gün Moody’s Investors Service (“Moody’s”) Rusiya hökumətinin uzunmüddətli emitentin (milli və xarici valyutada) və yüksək təminatsız borcunun (milli və xarici valyutada) reytinqini “Baa3″dən “B3″ə endirib”, – mesajda bildirilib.

Agentlik izah edir ki, Rusiyanın reytinqinin bir neçə pillə aşağı salınmasına Qərb ölkələrinin Rusiyaya, eləcə də Mərkəzi Banka qarşı tətbiq etdiyi sərt sanksiyalar səbəb olub.

“B3” – emitentin kredit riskinin “yüksək spekulyativ” dərəcəsini əks etdirən sonuncu pillədir. Ondan da aşağı hesab olunan “Caa” reytinqi “əhəmiyyətli risk, çətinlikdə olan emitent” mənasını daşıyır.

Fevralın 24-ü Rusiya Prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası məqsədilə xüsusi hərbi əməliyyata başladığını elan edib. Buna cavab olaraq Qərb ölkələri Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdiyi açıqlayıb. Xüsusilə də “VTB”, “Sovkombank”, “Novikombank”, “Otkritiye”, “Promsvyazbank”, “Rossiya” bankları xarici dövlətlərin bloklayıcı sanksiyalarına məruz qalıb. Bundan əlavə, ABŞ Mərkəzi Banka və Rusiya Milli Sərvət Fonduna qarşı sanksiyalar tətbiq edir ki, bu da onları ABŞ-dakı və ya ABŞ dolları ilə ifadə olunan aktivlərə çıxışdan məhrum edir.

Son xəbərlər
Digər xəbərlər
X