13 C
Baku
Sunday, September 29, 2024

“Moody’s” Səudiyyə Ərəbistanın reytinqini saldı

“Moody’s”dan Səudiyyə Ərəbistanına pis xəbər. Neftin qiymətinin kəskin uculaşması fonunda külli miqdarda gəlirindən məhrum olan ölkənin reytinqi neqativə salınıb.

Neftin qiymətində ötən ildən başlayan ucuzlaşma bir neçə ilə məhz qara qızıldan gələn pulların hesabına öz rifahını qoruya bilirdi.

Reytinq təşkilatı neftin qiymətinin aşağı səviyyədə qalmasının bir müddət daha davam edəcəyini və ölkənin kredit üçün müraciətlərini nzərə alaraq belə addım atıb. Qurumun fikrincə, bu amillər iqtisadiyyat sektoru üzərində təzyiqləri artıracaq.

“Moody’s” Səudiyyə Ərəbistanı banklarının fəaliyyətinin yaxın 12-18 aylıq zamanda da zəifləyəcəyini gözləyir.

Bir neçə gün öncə “Moody’s” beynəlxalq reytinq agentliyi neftin qiymətinin aşağı düşməsi ilə bağlı iqtisadiyyatı çətin vəziyyətdə olan ölkələri araşdırıb. Sözügedən ölkələr arasında Rusiya və Səudiyyə Ərəbistanı da olub.

“Moody’s” qlobal bazarlardakı qiymət düşmələrinin təsirindən büdcələri sarsılan neft istehsalçı və ixracatçısı olan ölkələr üçün daha bir zərbənin kredit olduğunu açıqlamışdı.

Neft pulları sayəsində sürətlə inkişaf edən Səudiyyə Ərəbistanı 10 il sonra ilk dəfə xarici borc axtarışına çıxıb. Ölkə 6-8 milyard dollar kredit üçün araşdırmaya başlayıb.

Aşağı neft qiymətinə görə çətin günlər keçirən Səudiyyə Ərəbistanı büdcə kəsirlərinə də hazırlaşır. Kral Salmanın adından bütün nazirliklərə xərcləri 5 faiz azaltmaq yönündə məktub göndərilib.

ANS-Press

Son xəbərlər
Digər xəbərlər