“Moody’s” Beynəlxalq Reytinq Agentliyi Türkiyə iqtisadiyyatının 2022-ci il üçün artım proqnozunu 4.5 %-dən 5.3 %-ə qədər yüksəldib.
Bu barədə Türkiyənin “Aydınlık” qəzeti məlumat yayıb.
Bildirilib ki, Türkiyənin gələn il üçün ÜDM artımı proqnozu 2 %, 2024-cü il üçün isə 3 % səviyyəsində təsdiqlənib.
Daha əvvəl Türkiyə Statistika Təşkilatı (TÜİK) xəbər verib ki, ölkədə illik inflyasiya sentyabrda 83.45 %, oktyabrda isə 85.51 % təşkil edib.
TÜİK-in məlumatına əsasən, 1 ay ərzində istehlak qiymətlərinin artımı 3.54 % olub.