“Moody’s” beynəlxalq reytinq agentliyi Türkiyənin suveren kredit reytinqini “Ba3” səviyyəsindən “B1” səviyyəsinə endirib.
Agentliyin reytinq üzrə proqnozu isə “Mənfi”dir.
“Moody’s” hesab edir ki, Türkiyənin tədiyyə balansının kəsirinin artması ehtimalı böyükdür.