23 C
Baku
Sunday, July 3, 2022

“Moody`s” və “Fitch” TAP-ın səhmdarına reytinq verib

“Fitch” beynəlxalq reytinq agentliyi İtaliyanın qaz infrastruktur operatoru olan “Snam” şirkətinin emitentin uzunmüddətli defolt reytinqini “BBB+” səviyyəsində təsdiq edib.

APA “Fitch”in açıqladığı reytinqə istinadən xəbər verir ki, proqnozu stabil olaraq qorunub.

Agentliyin ekspertləri hesab edir ki, reytinqin bu səviyyədə təsdiqlənməsinə şirkətin İtaliyanın qaz bazarındakı rolu, düzgün tənzimləyici sistemin olması səbəb olub. Analitiklər inanır ki, ən azından şirkət qismən də olsa artan boşluqdan istifadə edərək öz strateji mövqeyinə uyğun olaraq ölkəxarici inkişafı davam etdirəcək.

“Moody’s” reytinq agentliyi isə “Snam”ın uzunmüddətli emitent reytinqini “Baa1” səviyyəsində təsdiq edib və proqnozu stabil saxlayıb.

Qeyd edək ki, “Snam” TAP layihəsində 20%-lik paya malikdir.

TAP “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin gücü ildə 10 mlrd. kubmetr qaz təşkil edir. Lakin tələb və təklifdən asılı olaraq bu rəqəmin 20 mlrd. kubmetrə çatdırılması mümkündür. Azərbaycan qazının bu kəmərlə nəqlinə 2019-cu ilin sonunda başlanması gözlənilir.

TAP-ın səhmdarları SOCAR (20%), BP (20%), “Snam” (20%), “Fluxys” (19%), “Enagas” (16%) və “Axpo” (5%) şirkətləridir.

Kəmərin uzunluğu 1800 km-dir.

Son xəbərlər
Oxşar xəbərlər