6 C
Baku
Sunday, December 15, 2024

“Moody`s” “Xalq Bank”ın reytinqi üzrə proqnozunu neqativ səviyyədə saxlayıb

“Moody’s Investors Service” beynəlxalq reytinq agentliyi “Xalq Bank” ASC-nin uzunmüddətli öhdəliklər reytinqini “B2”, proqnozu neqativ səviyyəsində saxlayıb. Bu barədə bankdan məlumat verilib.

Bankın qarşı tərəf riskinin dəyərləndirilməsi eyni səviyyədə təsdiqlənərək dəyişməz qalıb – B1(cr) / Not Prime(cr).

Perspektivləri dəyərləndirən “Moody’s” təhlilçiləri bəyan ediblər ki, “Xalq Bank”ın reytinqinin təsdiqlənməsi bankın bazardakı güclü mövqeyi, sabit depozit bazası, gəlirliliyi, aktivlərin keyfiyyəti və yüksək kapitallaşma səviyyəsi kimi amillərə əsaslanır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər