19.2 C
Baku
Sunday, September 25, 2022

“Moody’s” “Yapı Kredi Bankası”nın istiqrazları üzrə reytinqini endirib

“Moody’s Investors Service” beynəlxalq reytinq agentliyi Azərbaycanda törəmə bankı olan “Yapı Kredi Bankası”nın təminatlı istiqrazlarının reytinqini aşağı salıb.

“Moody’s” “Yapı Kredi Bankası” tərəfindən buraxılan təminatlı istiqrazların reytinqini Ba3-dən B1-ə endirib. Agentlik bununla yanaşı, “Akbank TAS” və “Turkiye Garanti Bankasi”nın da ipoteka təminatlı istiqrazlarının reytinqini Ba3-dən B1-ə düşürüb.

Qeyd edək ki, “Moody’s”in bundan əvvəl avqustun 12-də Türkiyənin dövlət istiqrazlarının reytinqini B2-dən B3-ə və yerli valyuta istiqrazlarının yuxarı həddini Ba3-dən B1-ə endirmişdi. Bu qərar da sözügedən bankların istiqrazlarının reytinin aşağı salınmasına təsir edib.

MənbəApa
Son xəbərlər
Oxşar xəbərlər