“Morgan Stanley” iyunun sonuna qədər 3000-ə yaxın işçini ixtisar etməyi planlaşdırır, bu barədə “Financial Times” yazıb. Məlumata görə, rəhbərlik bütün heyətin təxminən 5%-ni işdən çıxarmaq niyyətindədir. Xüsusilə, qiymətli kağızlar departamenti, eləcə də investisiya bankçılığı bölməsi ixtisarlara məruz qalacaq.
“Morgan Stanley” bankı 1935-ci ildə fəaliyyətə başlayıb və hazırda 40-dan çox ölkədə işləyir. Etibarlı aktivlərin idarə edilməsi onun əsas fəaliyyət sahələrindən biridir.
Yanvarın sonunda “Reuters” agentliyi bildirmişdi ki, “Google” axtarış sisteminin sahibi “Alphabet” şirkəti texnologiya sektorundakı iqtisadi tənəzzüllə əlaqədar 12 min işçini ixtisar etmək istəyir.
Bundan əvvəl “Bloomberg” ABŞ-ın “Goldman Sachs” bankının 3200 əməkdaşını ixtisar etmək kampaniyasına başladığını bildirmişdi. Agentliyin məlumatına görə, bu, bank üçün işçilərin ən böyük ixtisarıdır.