5 C
Baku
Friday, March 29, 2024

“Morgan Stanley” bitkoin fondlarına giriş açan ilk investisiya bankı olacaq

Təxminən 4 trilyon dollarlıq müştəri aktivlərini idarə edən “Morgan Stanley” varlı müştərilərinə bitkoin fondlarına giriş açan ilk böyük ABŞ bankı olacaq. O, bankın idarəçiliyi altında olan və ən az 2 milyon dollar dəyərində qiymətləndirilən üç fonda giriş açacaq.

Banker.az “Forbes.ru”ya istinadən xəbər verir ki, bu barədə investisiya bankının maliyyə məsləhətçilərinə yazdığı korporativ məktubun məzmununu ilə tanış olan mənbələr bildirir.

İnvestorların çıxış əldə edə biləcəyi fondlardan iksi Mayk Novoqratza, üçüncüsü isə aktivlərin idarəetməsi şirkəti olan “FS Investments” və NYDIG şirkətlərinə məxsusdur. Minimum investisiyaya gəldiksə, “Galaxy Institutional Bitcoin Fund LP”da bu 5 milyon dollar, “Galaxy Bitcoin Fund LP və FS NYDIG Select Fund”da isə 25 min dollar təşkil edir.

Kriptofondlara ilk sərmayələr maliyyə məsləhətçiləri yeni təkliflərlə bağlı təlim keçdikdən sonra qoyula biləcək. ABŞ-ın digər böyük investisiya banklarının – “Goldman Sachs”, “JPMorgan Chase” və “Bank of America” – aktivlərin idarə edilməsi şöbələri bu günə qədər məsləhətçilərə bitkoinə birbaşa investisiyalarla bağlı təklif irəli sürməyə imkan verməyiblər. Məsələn, “JPMorgan” bitkoin saxlama şirkəti olan “MicroStrategy” və blokçeyn xidmətlərini göstərən “Square” ilə əlaqəli sənədləri mart ayının əvvəlində təqdim etmişdir.

“Bank of America” analitikləri isə martın 17-də “Bitkoinin çirkli kiçik sirləri” (Bitcoin’s dirty little Secrets) hesabatını təqdim ediblər, hansındakı kriptovalyutanın maliyyə aktivi kimi dəyərini qiymətləndiriblər. Ekspertlər bitkoinin “ödəmə mexanizmi kimi praktik olmadığı” qənaətinə gəliblər, çünki onun məzənnəsi inflyasiyaya bağlı deyil və olduqca dəyişkəndir. Bundan əlavə, mütəxəssislər kriptovalyutanın ətraf mühitə vurduğu ziyanı da qiymətləndiriblər: hər 1 milyard sərmayə 1.2 milyon avtomobilin karbon emissiyasına bərabərdir.

Eyni zamanda, “Bank of America”ya görə, bitkoin mərkəzi banklar arasında rəqabətə səbəb ola bilər. Və misal olaraq Avropa Mərkəzi Bankının rəqəmsal avro buraxmaq niyyətində olduğunu göstərdilər. Məruzənin müəllifləri vurğulayırlar ki, bitkoinin dəyəri xarici valyutalar, qızıl və gümüşlə müqayisədə hələ də qeyri-sabitdir.

Son xəbərlər
Digər xəbərlər