28 C
Baku
Saturday, July 27, 2024

“Morgan Stanley” in 2019-cu il üçün xalis mənfəəti 3% artıb

Maliyyə korporasiyasından verilən məlumata görə, 2019-cu ildə “Morgan Stanley” in xalis mənfəəti 2018-ci il ilə müqayisədə 3% artaraq 9,042 milyard dollar təşkil edib.

Banker.az xəbər verir ki, bir səhm üçün mənfəət 5,19 dollar təşkil edib (2018-ci ildə bu göstərici 4,73 dollar olub). Hesabat dövrünün nəticələrinə görə, “Morgan Stanley” in konsolidasiya edilmiş xalis gəliri əvvəlki ilə nisbətən 3% artaraq 41,419 milyard dollar təşkil etmişdir.

2019-cu ilin dördüncü rübündə “Morgan Stanley” in xalis mənfəəti illik ifadədə 46% artaraq 2,239 milyard dollara çatıb. Gəlir 2018-ci ilin hesabat dövründəki rəqəmi 8% üstələyərək 10,857 milyard dollar təşkil etmişdir ki, bu da analitiklərin gözləntilərindən aşağı olub.

Xatırladaq ki, “Morgan Stanley” bankı 1935-ci ildə təsis edilib. Əsas fəaliyyət sahəsi aktivlərin idarə edilməsidir. Maliyyə təşkilatı dünyanın 40-dan çox ölkəsində fəaliyyət göstərir.

Son xəbərlər
Digər xəbərlər