Banker.az saytının Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, Morgan Stanley bankının iqtisadçıları ABŞ Federal Ehtiyat Sisteminin (FES) 2017-ci ilin mart ayında faiz dərəcəsini 0,75-1%-ə qədər artıracağını proqnozlaşdırır.
Onların fikrincə, FES faiz dərəcəsini bu il ərzində əlavə olaraq iki dəfə də artıracaq. Bundan başqa, ekspertlərin gözləntilərinə görə, baza faiz dərəcəsi 2018-ci ildə 4 dəfə artırılacaq.
2017-ci ilin fevral ayında FES idarəedici şurası faiz dərəcəsini 0,5-0,75% səviyyəsində saxlamağa qərar verdi.
FES daha əvvəl qeyd etmişdi ki, 2017-ci ildə faiz dərəcəsini 3 dəfə – 1,375%-ə qədər artırmağı proqnozlaşdırır. 2018-ci il ərzində isə FES faiz dərəcəsinin 2 dəfə artırılmasını gözləyir. Ttənzimləyicinin 3 üzvünün proqnozlarına görə 2019-cu ildə faiz dərəcəsi 3 dəfə və daha çox artırıla bilər.
Uzun müddətli perspektivdə FES faiz dərəcəsini 3% həcmində proqnozlaşdırır.