Amerikanın “Morgan Stanley” bankı “WhatsApp” və digər messencerlərdə iş yazışmaları apardıqlarına görə işçilərini bir neçə min dollardan bir milyon dollara qədər cərimələyib. Bu barədə cümə axşamı mənbələrə istinadən “Financial Times” yazıb.
Məlumata görə, cərimələrin məbləği mesajların sayı, işçinin vəzifəsi və daha əvvəl aldığı cəzaları nəzərə alınmaqla fərdi qaydada hesablanıb.
ABŞ tənzimləyiciləri banklardan işçilərin mesajlarının düzgün saxlanmasını təmin etməyi tələb edir. Buna görə də bir çox şirkətlər müəyyən müddətdən sonra məlumatı avtomatik silmək funksiyasına malik “WhatsApp” və “Signal” kimi messencerlərin iş məqsədləri üçün istifadəsini qadağan edir.