Morgan Stanley bankı keçən həftə ərzində bir neçə əsas bankirlərini işdən azad edib, həmçinin müqavilələrdən və Wall-Streetdən kapital cəlbinə görə nəzərdə tutulmuş bonusları təqribən 15% azaldıb.
İşdən azad edilən ayrı-ayrı bankirlərə təzminat ödənilib. Bu təzminatın həcmi isə işin nəticəsindən və coğrafi regiondan asılı olaraq dəyişib.
Mənbələrin verdiyi məlumata görə, keçən il investisiya bankları reytinqində 4-cü pillədə yer alan Morgan Stanley bankı özünün investisiya-bank şöbəsindən təqribən 20 icraçı direktoru işindən azad edib. Bu isə ümumi sayın 5%-ni təşkil edir.
Onların sözlərinə görə, bankın hər il əməkdaşların qənaətbəxş olmayan nəticələr nümayiş etdirən təqribən 5%-ni işdən qovmasına baxmayaraq, bu il bankirlərin ixtisar edilməsi keçən il ilə müqayisədə daha əhəmiyyətli xarakterə sahibdir.
Morgan Stanley bankı isə hələ ki, bu məsələ ilə bağlı şərh bildirməyib.