“Morgan Stanley” neft qiymətlərinə dair proqnozunu azaldıb

0

“Morgan Stanley” etalon neft markalarının qiymətlərinə dair 2019-cu il üzrə proqnozunu bir barel üçün 77,5 ABŞ dolları azaldıb.

Banker.az “Report”-a istinadən xəbər verir ki, şirkətin proqnozuna görə, ilin birinci rübündə “Brent” markalı neftin bir bareli əvvəl ehtimal edildiyi kimi, 65 dollara yox, orta hesabla 58 dollara satılacaq. İkinci rübə dair proqnoz 60 dollar, üçüncü rübə 62,5 dollar, dördüncü rübə isə 65 dollar təşkil edəcək. Bu da əvvəlki proqnoza nisbətən 7,5 dollar azdır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Bununla yanaşı, “Morgan Stanley” WTI markalı neftin bir barelinin yanvar-mart aylarında əvvəlki proqnoza nisbətən 7 dollar ucuz, yəni orta hesabla 49 dollara yaxın qiymətə, aprel-iyun aylarında 52 dollara, iyul-sentyabr aylarında 55 dollara, oktyabr-dekabr aylarında isə 58 dollara satılacağı qənaətindədir.

Şirkətin ekspertləri neft bazarının 2019-cu ildə bütövlükdə tarazlı göründüyü, bunun da kotirovkaların indiki səviyyəsindən bir qədər geri qayıdacağına müəyyən ümidlər yaratdığı fikrindədir.

Ekspertlərin qənaətincə, 2020-ci ildə “Brent” markalı neftin bir bareli orta hesabla 65 dollara, WTI markalı neft isə 58 dollara satılacaq.