15 C
Baku
Tuesday, April 8, 2025

“Morgan Stanley” neftin qiyməti ilə bağlı proqnozu dəyişməz saxlayıb

“Morgan Stanley” hesab edir ki, ABŞ-nin gözləntiləri aşan yüksək tarifləri və OPEC+ ölkələrinin hasilat artımı səbəbindən baş verən enişdən sonra “Brent” markalı neftin qiyməti çox da düşməyə bilər.

Bank hələ də bu ilin ikinci yarısında neftin qiymətinin bir barel üçün 67,50 dollara düşəcəyini gözləyir ki, bu da mövcud səviyyələrdən təqribən 2,50 dollar aşağıdır.

Bank analitikləri vurğulayırlar ki, prezident Donald Tramp qlobal iqtisadiyyatı yenidən formalaşdırmaq üçün ən yüksək tariflər tətbiq edib və bu, neft də daxil olmaqla, dünya bazarlarında satışların artmasına gətirib çıxarıb.

“Hazırda həm tələb cəhətdən, həm də OPEC istehsalına mümkün təsir baxımından çox şey qeyri-müəyyən olaraq qalır. Kvotaların artırılması hasilatın faktiki artması demək deyil. Bunu nəzərə alaraq, biz proqnozu hələlik dəyişməz saxlayırıq”, – “Morgan Stanley” bildirib.

Son xəbərlər
Digər xəbərlər