Bank Anqola, Liviya və İrandakı hasilatın həcminin azalacağını nəzərə alaraq proqnozuna düzəliş edib
ABŞ-ın investisiya bankı “Morgan Stanley” neftin 1 barelinin qiyməti ilə bağlı proqnozunu 77,5 dollardan 85 dollara çatdırıb.
Banker.az bildirir ki, bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Məlumatda deyilir ki, bank Anqola, Liviya və İrandakı hasilatın həcminin azalacağını nəzərə alaraq proqnozuna düzəliş edib.
Bununla belə, “Morgan Stanley”in analitikləri hesab edirlər ki, Səudiyyə Ərəbistanı neft hasilatını artıracaq.