“Morgan Stanley”nin məlumatına görə, OPEC+ növbəti 3 ayda da hasilatı bərpa etmək niyyətindədir ki, bu da neftin qiymətinin aşağı düşməsinə səbəb olacaq.
Xatırladaq ki, 2023-cü ilin noyabrında hasilatı könüllü şəkildə azaldan səkkiz neft ölkəsi iyunun 1-də tədarükü artırmaq qərarını açıqlayıblar. Bu o deməkdir ki, neft hasilatı gündəlik 2,2 milyon barel azaltmaq qərarının tam ləğvi 22 sentyabrın sonunda deyil, oktyabrda həyata keçiriləcək.
“Morgan Stanley”in neft hasilatının artımı ilə bağlı fikri “Goldman Sachs”ın proqnozuna uyğun gəlmir. Hər iki bank qiymət proqnozlarını olduğu kimi saxlayıb. Bununla belə, “kvota və istehsal arasındakı boşluq” səbəbindən faktiki hasilat artımının daha yüksək hədəflərə uyğun gəlmə ehtimalı azdır, – “Morgan Stanley” bildirib.
“Morgan Stanley” bildirib ki, zavodlar təmirdən çıxdıqda və marja sabitlənəndə qiymətlər qısamüddətli güc tapacaq. Bununla belə, analitiklərin fikrincə, ABŞ tariflərinin təsiri daha qabarıqlaşdıqca və OPEC-dən kənar tədarük sürətləndikcə, bu gücün ilin sonuna doğru sönməsi ehtimalı var.
Bank “Brent” markalı neftin fyuçerslərinin orta qiymətinin 2025-ci ilin son iki rübündə bir barel üçün 57,50 dollar, 2026-cı ilin birinci yarısında isə 55 dollar olacağını proqnozlaşdırır.